ABŞ-nin mərkəzi hissəsində qasırğa nəticəsində azı 27 nəfər ölüb. SİA xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb. Məlumata görə, ölənlərin 25-i Missuri və Kentukki ştatlarının payına düşür. Nəşrin məlumatına görə, bir sıra ştatlarda binalar dağılıb. Qasırğanın gələn həftənin əvvəlinə qədər davam edəcəyi proqnozlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə