İsrail “Gideonun arabaları” əməliyyatı çərçivəsində Qəzza zolağında son 24 saat ərzində genişmiqyaslı hücumlara başlayıb. SİA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) bəyanatına istinad "Kanal 12" məlumat yayıb. "Biz Qəzza zolağında əraziləri ələ keçirmək üçün qüvvələr yerləşdirmişik. Bu, "Gideonun arabaları" əməliyyatının ilkin mərhələsinin və Qəzzada kampaniyanın genişləndirilməsinin bir hissəsidir", - bəyanatda deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə