Gürcüstanda Ailə Müqəddəsliyi Günü ilə əlaqədar yürüş keçirilib

Gürcüstanda Ailə Müqəddəsliyi Günü qeyd olunur. Bu münasibətlə Tbilisidə din xadimləri, dövlət və hökumət rəsmiləri, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə yürüş keçirilib.

SİA xəbər verir ki, aksiyada Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Prezident Mixail Kavelaşvili, parlamentin sədri Şalva Papuaşvili, Tbilisinin meri Kaxa Kaladze və digər rəsmi şəxslər iştirak ediblər.

Yürüş Müqəddəs Üçlük Kafedralında başa çatıb. Gürcüstan Patriarxı İkinci İlya iştirakçıları təbrik edib və dualar oxuyub.

Tbilisidən başqa, müxtəlif yeparxiyalarda da yürüşlər keçirilib.

Xatırladaq ki, Bütün Gürcüstanın Katolikos-Patriarxı 2014-cü ildə mayın 17-ni Ailə Müqəddəsliyi Günü elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə