Avtobusun qəzaya uğraması nəticəsində 10-dan çox insan xəsarət alıb

Moskva vilayətində sərnişinləri olan avtobus yük maşınına çırpılıb, ondan çox adam xəsarət alıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Baza yazır.

Nəşrin məlumatına görə, qəza Kulakovo kəndi ərazisində baş verib. Ozyory-Kotelniki marşrutu ilə hərəkət edən avtobus yüksək sürətlə yük maşınına çırpılıb.

Nəticədə 12 nəfər xəsarət alıb. Əsas zərbənin avtobusun ön hissəsinə düşdüyü dəqiqləşdirilir; onun sürücüsünə baldır və qabırğanın sınığı diaqnozu qoyulub.

Bundan əvvəl Çuvaşiyada avtomobilin bir yeniyetmə də daxil olmaqla üç piyadanı vurduğu bildirilirdi.

Tibbi ekspertiza qəzaya səbəb olan şəxsin ayıq olduğunu göstərib.

Bundan əvvəl Nijni Novqorod vilayətində baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat yayılmışdı: polis maşını “Lada Priora” ilə toqquşub, nəticədə təcili yardım maşını və bir neçə başqa avtomobil də zədələnib.

Aldığı xəsarətlərdən bir nəfər sağ çıxa bilməyib, daha üç nəfər isə xəstəxanaya aparılıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə