...İtaliya 2022-ci ildən Ukraynaya təxminən 3 milyard avro dəyərində silah və sursat tədarük edib.
SİA-nın məlumatına görə, bunu Avropa ölkəsinin müdafiə naziri Gido Krosetto parlamentin təhlükəsizlik komitəsinin qapalı iclasında deyib.
Qeyd olunur ki, “bu rəqəm açıq deyil”.
Bundan başqa, söhbət ölkənin Silahlı Qüvvələrinin Kiyevə təhvil verilmiş və uzun illər İtaliya anbarlarında olan texnika ehtiyatlarından gedir.
Beləliklə, Ukrayna əsasən köhnəlmiş silahlar alıb?
Bundan əvvəl İtaliyanın baş naziri Giorgia Meloni Ukraynada sülhməramlıların yerləşdirilməsi ilə bağlı Fransa prezidenti Emmanuel Makronla fikir ayrılığına görə digər Avropa liderləri ilə birlikdə Kiyevə getməkdən imtina edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə