Qazaxıstan logistikanın rəqəmsallaşdırılması üzrə hökumətlərarası işçi qrupu yaradır

Qazaxıstanın Rəqəmsal İnkişaf Nazirliyi nəqliyyat-logistika sektorunun rəqəmsal transformasiyası üzrə hökumətlərarası layihə qrupunun yaradılması təşəbbüsü ilə çıxış edib. Qrupa rəqəmsallaşdırma naziri Jaslan Madiyev sədrlik edəcək. SİA nazirliyin mətbuat xidmətinə istinadla xəbər verir ki, qrupun əsas məqsədi tranzit və multimodal daşımaların səmərəliliyinin artırılması, inzibati maneələrin aradan qaldırılması və rəqəmsal infrastrukturun inkişafına yönəlmiş sistemli rəqəmsal həllərin hazırlanmasıdır.

Layihə qrupunun əsas vəzifələrinə logistika sahəsində biznes proseslərin yenidən qurulması, mövcud informasiya sistemlərinin təhlili və inteqrasiyası, normativ-hüquqi bazada dəyişikliklərin işlənməsi, İT infrastrukturunun hazırlanması, beynəlxalq qabaqcıl təcrübələrin tətbiqi və digər məsələlər daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə