Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə silahlı münaqişənin “ədalətli sülh”lə həlli istiqamətində addımları müzakirə etdiyini bildirib.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
...Mən Zelenskini və onun nümayəndə heyətini prezident sarayında qəbul etdim. Biz Ukraynadakı münaqişəyə ədalətli sülh yolu ilə son qoymaq səylərini müzakirə etdik.
Bunu Türkiyənin dövlət başçısı bildirib.
Bundan əvvəl məlum olmuşdu ki, Ərdoğanın Zelenski ilə Ankarada görüşü 3 saata yaxın davam edib.
Bildirilir ki, Türkiyə tərəfdən dövlət başçılarının görüşündə müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat Xidmətinin rəhbəri İbrahim Kalın və prezidentin xarici siyasət və təhlükəsizlik üzrə müşaviri Akif Çağatay Kılıç da iştirak edib. Agentlik Ukrayna nümayəndə heyətinin tərkibi barədə məlumat verməyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə