ABŞ “G20” sammitində iştirak etməyəcək

ABŞ noyabrda Cənubi Afrika Respublikasında keçiriləcək “G20” sammitinə hazırlığı dayandırıb. SİA xəbər verir ki, bu barədə “The Washington Post” ABŞ prezidenti Donald Trampın administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb. Mənbələr bildirir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurası ABŞ agentliklərinə və departamentlərinə bu il Cənubi Afrikanın ev sahibliyi etməsi planlaşdırılan “G20” konfransı ilə bağlı işləri dayandırmaq əmri verib.

Qeyd edilib ki, uzun idarələrarası koordinasiya və hazırlıq tələb edən tədbirdə iştirakın məqsədəuyğunluğu ilə bağlı əvvəllər çoxlu müzakirələr aparılıb. Bu qərar isə administrasiya daxilində qeyri-müəyyənliyi aradan qaldırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə