Monteneqro Aİ-yə üzvlük prosesində aparıcı mövqeyə malikdir

Monteneqro Avropa İttifaqına (Aİ) üzvlük prosesində Qərbi Balkan regionunda aparıcı mövqeyə malikdir. SİA xəbər verir ki, bu barədə Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvlərinin qəbul etdiyi hesabatında deyilir.

Hesabatın lehinə 51 deputat, əleyhinə isə 7 deputat səs verib. Deputatlar Monteneqronun 2028-ci ildə Aİ-yə qoşulması istiqamətində islahatları keçirilməsindəki irəliləyişi alqışlayıblar.

Vurğulanıb ki, Monteneqro Qərbi Balkan ölkələri arasında Avropa İttifaqına üzvlük yolunda aparıcı namizəd olaraq qalır. Hesabatda Monteneqronun Aİ-nin ümumi xarici və təhlükəsizlik siyasətinə, o cümlədən Aİ-nin məhdudlaşdırıcı tədbirlərinə tam uyğunlaşması alqışlanıb.

Qeyd edək ki, hazırda Aİ-yə üzv olan ölkələrin sayı 27-dir. Balkan regionu ölkələrindən Sloveniya 2004-cü ildə, Xorvatiya 2013-cü ildə Aİ üzvü olub.

Aİ-nin genişlənmə planında Monteneqro, Bosniya və Herseqovina, Serbiya, Şimali Makedoniya və Albaniyanın ittifaqa üzvlüyü nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə