Qazaxıstan və BƏƏ Astana hava limanının inkişafını maliyyələşdirəcək

Qazaxıstan Nəqliyyat Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin “Terminals Holding” şirkətinə daxil olan “Terminals Astana Airport Limited” şirkəti Astana hava limanının və ona bitişik ərazinin kompleks inkişafına yönəlmiş uzunmüddətli investisiya sazişi imzalayıb. SİA Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ümumi investisiya məbləği 1,1 milyard ABŞ dolları təşkil edəcək.

Sazişin icrası çərçivəsində investor ikinci uçuş-enmə zolağı, üçüncü sərnişin terminalı, həmçinin yük daşımaları üçün nəzərdə tutulan yük terminalı inşa edəcək.

Bundan əlavə, investor sənaye-logistika zonası və mehmanxanalar, ticarət sahələri və logistik terminallar daxil olmaqla biznes klasterdən ibarət çoxfunksiyalı kompleksin inkişafını da planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə