Somalinin paytaxtı Moqadişoya yağan güclü yağışlar nəticəsində azı 10 nəfər həlak olub və onlarla sakin evsiz qalıb. Leysan evlərə və infrastruktur obyektlərinə ciddi ziyan vurub. SİA Oman Xəbər Agentliyinə istinadla xəbər verir ki, uzun müddət davam edən quraqlıqdan sonra yağan bu yağışlar və baş verən daşqınlar əhali üçün gözlənilməz olub.
Somalinin yerli hakimiyyət orqanları paytaxt sakinlərini daşqın təhlükəsinə qarşı xəbərdar edərək maksimum ehtiyatlı olmağa çağırıb. Hava proqnozlarına görə, yaxın saatlarda yağışların davam edəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə