Azərbaycanda İsrail ilə Fələstin arasındakı qarşıdurmanın dayandırılması istiqamətində mexanizmin qurulması diplomatik üsullardan biridir. Hansısa əsaslı problem bir-iki görüşlə həll olunmur. Mexanizmlərin qurulması insanların qarşılıqlı niyyətləri və ya atacağı addımların müəyyənləşdirilməsi baxımından əhəmiyyətli ola bilər. Hazırda bu məsələnin həlli ilə bağlı diplomatik fəaliyyətimiz davam edir. Bir çox ölkə ilə müzakirələr aparırıq. İstər Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan ilə Donald Tramp arasında baş tutan telefon danışığı, istərsə də beynəlxalq görüşlərimizdə İsrail-Fələstin qarşıdurması, o cümlədən Qəzza zolağındakı humanitar böhranın aradan qaldırılması istiqamətində fəaliyyətimiz davam edir. SİA xəbər verir ki, bu ifadələri Türkiyənin xarici işlər naziri Hakan Fidan yerli televiziya kanallarından birinə müsahibəsində bildirib.
Aparıcının PKK terror təşkilatı haqqında sualını cavablandıran Hakan Fidan silahların olmayacağı, qeyri-qanuni fəaliyyətlərin sona çatacağı və insanların hüquqi imkanlarla, sivil şəkildə siyasət apara biləcəyi bir mühitin qurulması üçün hər kəsin çalışmasına ehtiyac olduğunu deyib.
Nazir terror təşkilatının İraqdakı varlığı ilə mübarizənin davam etdiyini, İraqın hər ötən gün daha çox sabitliyə doğru irəlilədiyini vurğulayıb.
Hindistan ilə Pakistan arasındakı gərginliyə toxunan Fidan “iki nüvə gücünün açıq savaşa girdiyi hər an risk var” - deyə xəbərdar edib.
Bütün xəbərlər Facebook səhifəmizdə