Hindistan ordusu gecə saatlarında Pakistanda 3 məntəqəyə raket zərbəsi endirib. Hücuma məruz qalan ərazilər arasında Pakistan ordusunun Baş qərargahının yerləşdiyi Ravalpindi şəhəri də var. SİA xəbər verir ki, bu barədə Pakistan Ordusunun dövlət televiziyası ilə yayılan bəyanatında bildirilib.
“Hindistan raket hücumuna başlayıb. Nur xan, Murid və Şorkut bazaları hədəfə alınıb. İndi isə cavabı gözləyin” – deyə televiziyada ingilis dilində yayımlanan bəyanatda deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə