Tramp Zelenski ilə danışacağını açıqlayıb

ABŞ prezidenti Donald Tramp cümə axşamı, mayın 8-də Ali Radanın yerin təki sazişini ratifikasiya etməsindən sonra Ukrayna prezidenti Vladimir Zelenski ilə danışacağını gözlədiyini deyib.

...Biz indicə Ukrayna ilə nadir torpaq metalları üzrə saziş bağladıq, bu saziş onların qanunverici orqanları tərəfindən tam ratifikasiya edilib və təsdiqlənib. Və biz bunu yüksək qiymətləndiririk.

SİA-nın məlumatına görə, Tramp bunu Ağ Evdə deyib. O, daha sonra deyib ki, “bir azdan” Zelenski ilə telefon danışığı olacaq.

Mayın 8-də Ali Rada ABŞ və Ukrayna arasında faydalı qazıntılar üzrə sazişin ratifikasiyasına səs verib. Layihəyə bütün fraksiya və qruplar, ümumilikdə 338 deputat səs verib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə