Hindistan ordusu ağ bayraq qaldırdı

Hindistan ordusu əhəmiyyətli itkilər verdikdən Kəşmirdə nəzarət xəttində yerləşən Çora Kompleksində təslim olduğunu bildirən ağ bayraq qaldırıb. SİA xəbər verir ki, bu barədə "Samaa" TV məlumat yayıb. Qeyd edilib ki, bu Pakistan Hərbi Hava Qüvvələrinin (PAF) beş Hindistan təyyarəsini uğurla məhv etməsindən sonra baş verib. Xatırladaq ki, Hindistan Hərbi Hava Qüvvələri Pakistanın mülki infrastrukturuna zərbələr endirib. Hücum nəticəsində azı 8 nəfər ölüb, 35 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə