Mark Karni: Kanada satılmır və satılmayacaq

Kanada satılmır və heç zaman da satılmayacaq.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri Kanadanın baş naziri Mark Karni Ağ evdə ABŞ Prezidenti Donald Trampla görüş zamanı ABŞ liderinin Kanadanın 51-ci ştat olması ilə bağlı istəyinə cavab olaraq deyib.

"Daşınmaz əmlak işindən də bildiyiniz kimi, satılmayan bəzi yerlər var. Kanada da satılmır, heç vaxt satılmayacaq", - Karni ABŞ Prezidentinə deyib. O xalqın da bunu istəmədiyini bildirib və əlavə edib ki, keçmişdə də olduğu kimi iki ölkə arasında tərəfdaşlıq və birgə görüləcək işlər üçün fürsət mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə