Tramp: Ərdoğanla çox yaxşı və məhsuldar müzakirələr apardıq

Rusiya ilə Ukrayna arasındakı müharibənin sona çatması üçün Prezident Ərdoğanla işləməyi səbirsizliklə gözləyirəm.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığından sonra bildirib. O qeyd edib ki, danışıq zamanı həmçinin Suriya, Qəzza və digər məsələlərlə bağlı yaxşı, məhsuldar müzakirə baş tutub.

Tramp Prezident Ərdoğanın gələcəkdə onu Türkiyəyə dəvət etdiyini və Türkiyə liderinin də Vaşinqtona səfər edəcəyini bildirib. O, 4 illik əvvəlki prezidentliyi dövründə Rəcəb Tayyib Ərdoğanla mükəmməl münasibətinin olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə