Keniya prezidentinə çıxışı zamanı ayaqqabı atılıb...

Yox, gözünə dəyməyib..?

Keniya prezidenti Uilyam Ruto ölkənin iqtisadi vəziyyəti və yaşayış minimumu ilə bağlı çıxışı zamanı ona ayaqqabı atıblar.

SİA-nın məlumatına görə, “Reuters” xəbər verir ki, dövlət başçısı ayaqqabıya təpik vurub və xəsarət almayıb.

Polis üç nəfəri saxlayıb.

Qeyd edək ki, 2024-cü ildə Keniyada siyasi korrupsiya və hökumətin vergiləri artırmaq planlarına qarşı etirazlar başladı. Polislə toqquşmalarda 40-dan çox adam ölüb.

Agentlik qeyd edir ki, prezident sonda vergi artımından imtina etmək qərarına gəlib, hökumət üzvlərini işdən çıxarıb və müxalifət üzvlərini kabinetə dəvət etmək məcburiyyətində qalıb, lakin Keniyada ictimai narazılıq hələ də yüksək olaraq qalır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə