Bitkoinlə savaşa son qoyulur...

Analitiklər yaxın gələcəkdə bitkoinin dəyərinin daha da artacağını gözləyirlər, xüsusən də onun qiymətində yeni rekordu istisna etmirlər. SİA xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. ABŞ prezidentinin kriptovalyuta məsələləri üzrə müşaviri Devid Saks artıq bu bazarda gələcək “Tramp bumu”nu proqnozlaşdırıb.

Onun sözlərinə görə, yeni prezident administrasiyası kriptovalyuta ilə müharibəyə son qoyub, yəni ABŞ-ın əvvəlki hökumətləri tərəfindən qoyulmuş tənzimləyici məhdudiyyətləri yumşaldıb: "Düşünürəm ki, bu, bizi gələcəkdə "Tramp bumu" üçün hazırlayır".

Bütün xəbərlər Facebook səhifəmizdə