Tramp Qrenlandiyanı almaq üçün hərbi gücdən istifadəni istisna etmir

Tramp Qrenlandiyanı almaq üçün hərbi gücdən istifadəni istisna etmir

Prezident Donald Tramp Qrenlandiyanı almaq üçün hərbi gücdən istifadə edə biləcəyini istisna etməyib.

SİA-nın məlumatına görə, bu barədə o, NBC kanalına müsahibəsində deyib.

"Mən bunu edəcəyimi demirəm, amma heç nəyi istisna da etmirəm”, - deyə Tramp bildirib.

Onun sözlərinə görə, ada ABŞ-a milli təhlükəsizlik məqsədləri üçün lazımdır: "Bizə Qrenlandiya çox lazımdır. Qrenlandiyada çox az sayda insan yaşayır, biz onların qayğısına qalacağıq. Lakin beynəlxalq təhlükəsizlik üçün buna ehtiyacımız var”.

Bütün xəbərlər Facebook səhifəmizdə