Hindistan Pakistanın atəşkəsi pozduğunu bildirir...

Pakistan hərbçiləri Hindistanla sərhəddə ardıcıl on gündür ki, atəşkəsi pozur.

SİA-nın məlumatına görə, bu barədə “Press Trust of India” yazıb.

Agentlik bildirib ki, Pakistan qoşunları Cammu və Kəşmirdə Nəzarət Xətti boyunca müxtəlif sektorlarda kiçik silahlardan atəş açmağa davam edir.

Hindistan ordusunun bu hərəkətlərə cavab verdiyi və cavab atəşi açdığı da bildirilib. Ölən və yaralananlar barədə məlumat yoxdur.

Xatırladaq ki, iki ölkə arasında münasibətlər aprelin 22-də Hindistanın mübahisəli Cammu və Kəşmir ərazisində yerləşən Pahalqam şəhəri yaxınlığında törədilən terror aktından sonra pisləşib.

Daha sonra insident nəticəsində 27 mülki şəxs həlak olub. Bunun ardınca Hindistan və Pakistan yeganə açıq quru sərhədlərini bağlayıb və vizaları da dayandırıblar.

Hindistan da dörd şlüz qapısını bağlayaraq Hind çayının Pakistana axmasının qarşısını alıb.

...Və terror aktına görə məsuliyyəti Pakistandan əraziyə daxil olan “Müqavimət cəbhəsi” qruplaşmasının üzərinə götürdüyü məlum olub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə