...Rusiyalı təbliğatçı Aleksandr Sladkov “Su-30”-un pilotsuz uçan aparatı tərəfindən vurulmasından sonra Rusiya prezidenti Vladimir Putini müharibəni dayandırmağa çağırıb.
SİA-nın “Focus”dan əldə etdiyi məlumata görə, bu barədə rusiyalı özünün Telegram kanalında məlumat verib.
...Onlar bizi milçək kimi qırırlar, deyə Sladkov yazıb.
...Rusiyakı təbliğatçılar öz ordusunun cəbhədə növbəti məğlubiyyətini - Ukrayna Hərbi Dəniz Qüvvələrinin pilotsuz uçan aparatından atılan raketlə vurulan Rusiyanın Su-30 qırıcısının məhv edilməsini belə yaşayırlar.
Belə ki, Sladkov rus ordusuna yazığı gəldiyi qənaətinə gəlib. Maraqlıdır ki, o özü də olmaqla “Bizə yazığım gəlir. Bizi döyürlər. Artıq yazıq həddinə çatmışam” ifadələri işlədib. Sladkovun fikrincə, bütün Rusiya Ukrayna pilotsuz təyyarələrinin hücumlarından “titrilir” və Rusiya döyüş donanması harda gizlənəcəyini bilmir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə