Məşhur milyarder vəzifəsini tərk edir

94 yaşlı amerikalı investor Uorren Baffet bu ilin sonuna qədər "Berkshire Hathaway" konqlomeratının baş icraçı direktoru vəzifəsini tərk edəcək. SİA RBC-yə istinadla xəbər verir ki, bu barədə Baffet "Berkshire Hathaway" səhmdarlarının illik ümumi yığıncağında danışıb.

Qeyd olunub ki, Baffet "Berkshire Hathaway"in yeni rəhbəri vəzifəsinə Qreq Abelin təyin olunmasını tövsiyə edib. Xatırladaq ki, 94 yaşlı Baffet 169 milyard dollar sərvətlə "Bloomberq" milyarderlər siyahısında 5-ci yerdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə