Rusiya səfiri Özbəkistan XİN-ə çağırıldı

Rusiyanın Daşkənddəki səfiri Oleq Malqinov Özbəkistan Xarici İşlər Nazirliyinə çağırılıb. SİA xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, səfir Özbəkistan xarici işlər nazirinin müavini Bobur Usmanov ilə görüşüb. “Danışıqlar zamanı Özbəkistan tərəfi Rusiya tərəfinin diqqətini Rusiya Federasiyasında Özbəkistandan olan əmək miqrantlarının hüquqlarının pozulması və onlara qarşı kobud rəftar hallarının sayının artmasına yönəldib”, - deyə mətbuat xidməti bildirib.

Səfirə bildirilib ki, bu cür hərəkətlər Rusiya Federasiyasında işləyən özbəklərin hüquq və azadlıqlarını pozur, bu, ev sahibi ölkənin qanunları ilə təmin edilməlidir. Səfirdən Özbəkistanın narahatlığını Rusiyanın müvafiq səlahiyyətli orqanlarına çatdırmaq tələb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə