İsrail Ordusu yaxın günlərdə Qəzza zolağında hərbi hücumları gücləndirməyə hazırlaşır və bu məqsədlə on minlərlə ehtiyatda olan hərbçinin səfərbər olunacağı gözlənilir. SİA xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Agentliyin yazdığına görə, əməliyyatın genişləndirilməsi barədə qərar hökumətin Benyamin Netanyahunun başçılığı ilə mayın 3-də keçirdiyi iclasında qəbul olunub. Döyüşlər həm beynəlxalq aləmdə, həm də İsrail daxilində Netanyahuya qarşı təzyiqlərin artması fonunda intensivləşəcək. Hökumətə qarşı təzyiqlər HƏMAS-la uzun müddətdir ki davam edən müharibəyə görə daha da güclənib.
Bütün xəbərlər Facebook səhifəmizdə