ABŞ hakimiyyəti amerikalılarla faydalı qazıntı sazişinin ratifikasiyasına səs verməkdən imtina edən Ali Rada üzvləri üçün vizaları ləğv etməlidir.
SİA-nın məlumatına görə, TASS xəbər verir ki, bu barədə Vladimir Zelenski bildirib.
Şənbə günü Zelenski deputatları “yalnız gələcək naminə deyil, həm də bu gün ehtiyacımız olanı qorumaq üçün” səs verməyə çağırıb.
... Ali Radada bunu etməməkdə qərarlı olan insanlar var. Məsələn, düşünürəm ki, ABŞ sadəcə olaraq onların vizalarını ləğv etməlidir, - Zelenski deyib.
Onun sözlərinə görə, bir sıra deputatlar ABŞ-a gələndə Ukraynada vəziyyətin necə pis olmasından şikayətlənir və hərbi münaqişəyə tez son qoymağı məsləhət görürlər.
Onlar özlərini amerikalıların dostu kimi təqdim edirlər, lakin sonra “Vaşinqton üçün vacib olana qarşı çıxırlar. Nəticə lövhədə olacaq: kim səs verib, kim səs vermədi. Biz ikiqat oyun oynaya bilmərik”,- deyə Zelenski əlavə edib.
Bundan əvvəl Radaya faydalı qazıntıların çıxarılmasına dair ABŞ-la sazişin ratifikasiyası haqqında qanun layihəsi təqdim edilib. Səsvermənin mayın 8-də keçirilməsi planlaşdırılır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə