Cari ilin aprel ayında Türkiyənin ixrac həcmi 20,9 milyard dollara çatıb ki, bu da ötən ilin analoji ayı ilə müqayisədə 8,5 faiz çoxdur. İllik hesablama ilə Türkiyənin xaricə məhsul tədarükü 265 milyard dollar təşkil edib ki, bu da ölkə tarixindəki ən yüksək göstəricidir. SİA xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat məlumat verib.
Nazirin sözlərinə görə, qlobal bazarda yaşanan mənfi tendensiyalara və bəzi ölkələrin proteksionist yanaşmalarına baxmayaraq, Türkiyədə iqtisadi artım davam edir.
ABŞ Prezidentinin administrasiyasının gömrük rüsumlarına yenidən baxması barədə qərarına toxunan nazir deyib: “Amerika rüsumlarının səviyyəsi artıq 1900-cü illərin səviyyəsinə çatıb, halbuki Çin məhsullarının qiyməti düşməkdə davam edir. Bütün bunlar dünya ticarətində rəqabəti artırır. Belə bir şəraitdə Türkiyə ixracını genişləndirməkdə davam edir. Bu isə ciddi bir uğurun göstəricisidir”.
Nazir Türkiyənin əsas ticarət tərəfdaşı olan Avropa İttifaqını misal göstərərək bildirib ki, Avropa bazarlarına ixrac artır, idxal isə azalır.
Bütün xəbərlər Facebook səhifəmizdə