ABŞ-nin Ukraynadakı yeni səfiri o oldu

ABŞ Ukraynaya yeni səfir təyin edib. SİA “strana.ua” nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus bildirib.

Məlumata görə, bu posta Culi Devis gətirilib. “Prezident Donald Tramp və dövlət katibi Marko Rubio onun Kiyevdə işləməsinə qərar veriblər”, deyə Bryus deyib.

Xatırladaq ki, aprelin 10-da ABŞ-nin Ukraynadakı səfiri Bridjit Brink Prezident Donald Trampın administrasiyası ilə siyasi fikir ayrılıqlarına görə vəzifəsini tərk edib.

Bütün xəbərlər Facebook səhifəmizdə