Amerika Birləşmiş Ştatları hökuməti ölkə ərazisində qanunsuz yolla yaşayan, Mərkəzi Asiya regionundan olan 131 miqrantı Özbəkistana deportasiya edib. SİA xəbər verir ki, bu barədə ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi məlumat yayıb. Məlumata görə, onların arasında Qazaxıstan, Qırğızıstan və Özbəkistan vətəndaşları yer alır. Özbəkistan öz vətəndaşlarının deportasiyasını tam olaraq maliyyələşdirib. Qeyd olunur ki, bu, ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlığın dərinliyini vurğulayır və Amerika ittifaqları üçün standartlar müəyyən edir.
Bütün xəbərlər Facebook səhifəmizdə