2025-ci ildə Britaniyaya kiçik qayıqlarla keçənlərin sayı rekord həddə çatıb

Aprelin 28-ə olan məlumata əsasən, 2025-ci ildə kiçik qayıqlarla Britaniyaya keçənlərin sayı 10 min nəfəri keçib. SİA “Sky News”a istinadla xəbər verir ki, son üç ildə bu göstərici yalnız iyun ayının ortalarında qeydə alınırdı.

Nəşr qeyd edir ki, Britaniyaya kiçik qayıqlarla keçənlər barədə məlumatlar 2018-ci ildən etibarən toplanmağa başlayıb. Həmin ildən La-Manş boğazı ilə kiçik qayıqlarla keçidlər Böyük Britaniyaya qeyri-qanuni girişin əsas marşrutlarından birinə çevrilib.

Məsələ Böyük Britaniyada siyasi partiyalar üçün əsas müzakirə mövzusuna çevrilib. Baş nazir Rişi Sunakın “Qayıqları dayandır” (“Stop The Boats”) şüarı ilə verdiyi vəd gözlənilən nəticəni verməyib. İslahatşılar Partiyasının lideri Naycel Faraj isə bu mövzunu seçki kampaniyasının əsas istiqamətlərindən birinə çevirib.

Bütün xəbərlər Facebook səhifəmizdə