...Kreml əsgər qəbulunu genişləndirir, silah istehsalını artırır və Avropa ilə sərhədində dəmiryol xətlərini yeniləyir.
Hazırda bütün diqqət Ukraynadakı müharibəyə yönəldilsə də, bəzi Avropa ölkələri Rusiyanın Avropa ilə sərhədlərinin digər hissələrində hərbi fəaliyyətindən getdikcə daha çox narahat olurlar.
SİA-nın məlumatına görə, “The Wall Street Journal” yazır ki, Finlandiya ilə sərhəd yaxınlığında, Petrozavodsk şəhərində rus hərbi mühəndisləri Kremlin yaxın bir neçə il ərzində on minlərlə hərbçiyə nəzarət etmək üçün yeni hərbi qərargah yaradıb, ordu bazalarını genişləndirirlər.
...Qərb hərbi və kəşfiyyat rəsmilərinin fikrincə, bir çoxu Ukraynada cəbhə xəttində xidmət edən bu əsgərlərin NATO ilə toqquşmağa hazırlaşdığı bir vaxtda Rusiya ordusunun onurğa sütununu təşkil edəcəyi gözlənilir. Kreml hərbi xidmətə cəlb etməyi genişləndirir, silah istehsalını gücləndirir və sərhəd bölgələrində dəmiryol xətlərini modernləşdirir.
Bunu nəşr yazır.
ABŞ prezidenti Donald Tramp bundan əvvəl Rusiyanın Ukraynadan kənarda hər hansı ambisiyaya malik olması ilə bağlı narahatlıqların şişirdilmiş olduğunu bildirib. Bununla belə, hərbi ekspertlər Finlandiya ilə sərhəddə aktivliyi Kremlin NATO ilə potensial münaqişəyə hazırlığının tərkib hissəsi kimi səciyyələndirirlər.
... Avropa müdafiə rəsmiləri deyirlər ki, Rusiyanın artan xərcləri silah zavodlarını tam gücü ilə işə salıb və bu, müdafiə şirkətlərini istehsal xətlərini genişləndirməyə eləcə də yeni zavodlar açmağa sövq edib. Qərb kəşfiyyatının hesablamalarına görə, 2021-ci ildə işğaldan əvvəl Rusiya özünün 40-a yaxın T-90M əsas döyüş tankını istehsal edib. İndi ildə təxminən 300 tank istehsal edir.
Finlandiya ordusunun yüksək rütbəli rəsmisi deyib ki, onların demək olar ki, heç biri Ukraynada cəbhə xəttinə göndərilməyib,..belə görünür ki, sonradan istifadə üçün Rusiya ərazisində qalıb..? Artilleriya və sursat istehsalının bu il təxminən 20 faiz artacağı, eyni zamanda pilotsuz təyyarələrin keyfiyyətinin və istehsalının əhəmiyyətli dərəcədə artacağı gözlənilir.
...Fevral hesabatında Danimarka kəşfiyyat agentliyi xəbərdarlıq edib ki, Rusiya NATO-nu zəif hesab edərsə, beş il ərzində Avropada böyük müharibəyə başlaya bilər.
...Avropalı bir kəşfiyyat rəsmisi bildirib ki, Rusiya əhəmiyyətli rus əhalisi olan Estoniya kimi kiçik NATO ölkəsini işğal edərək alyansın birliyini sınamağa cəhd edə bilər.
...Karnegi Beynəlxalq Sülh Fondunun Rusiya və Avrasiya Proqramı üzrə baş elmi işçisi Maykl Kofmanın sözlərinə görə, Baltikyanı rəsmilər "müharibədən sonrakı iki-üç illik müddətə baxırlar. Əgər etalon genişmiqyaslı müharibədirsə, ehtimal ki, NATO ilə, o zaman ssenaridən asılı olaraq bu müddət təxminən 7-10 il ola bilər.
...Eyni zamanda, qüvvələrini Qərbdə cəmləşdirmək üçün Kreml keçən il öz qüvvələrini daxildə təşkil etmə tərzini dəyişərək, özünün ən böyük şəhərləri olan Moskva və Sankt-Peterburqun müdafiəsi ilə bağlı yeni rayonlar yaradıb. Moskva Hərbi Dairəsində Rusiya öz ordusunun istifadə etdiyi avtomobil və dəmir yolu əlaqələrini qonşu Belarusdakılarla birləşdirir.
Kadr artımının əsas hissəsi Estoniya, Latviya və Finlandiya ilə həmsərhəd olan Leninqrad rayonunda baş verəcək. Qərb hərbi və kəşfiyyat rəsmiləri deyirlər ki, kiçik briqadalar təxminən üç dəfə artaraq 10.000 nəfərlik diviziyaya çevriləcək.
Bundan əlavə, Rusiya yenidən silahlanma planlarını NATO ilə sərhədi boyunca yerləşdiriləcək yeni qoşunların ehtiyaclarını ödəmək üçün uyğunlaşdırır. Bu bölmələr yeni avadanlığın əsas hissəsini alacaq. Eyni zamanda, Ukraynada cəbhə bölgələrinə göndərilənlərin əksəriyyəti sovet dövründən qalma köhnə və yenilənmiş silahlardır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə