Makron Zelenskinin atəşkəsə hazır olduğunu bildirib

…Fransa prezidenti Emmanuel Makron Ukrayna lideri Vladimir Zelenski ilə görüşünün təfərrüatlarını bölüşüb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə o, X sosial şəbəkəsindəki hesabında yazıb.

Makron bildirib ki, dialoq bu gün Romada baş tutub.

… Zelenski Ukraynanın qeyd-şərtsiz atəşkəsə hazır olduğunu təsdiqləyib.

…O, bunu həyata keçirmək üçün amerikalılar və avropalılarla işləmək istəyir.

Bunu Fransa prezidenti bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Zelenskinin Romada keçirilən mərasimdən sonra Makronla görüşdüyü məlum olub.

Onlar sülhün bərqərar olması səylərini müzakirə ediblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə