Bu, məni düşünməyə vadar edir ki...
...ABŞ prezidenti Donald Tramp Vladimir Zelenski ilə görüşündən sonra Rusiya lideri Vladimir Putinin Ukraynaya qarşı müharibəni dayandırmaq istəmədiyini və onu aldatdığını irəli sürüb.
SİA-nın məlumatına görə, bu barədə o, şənbə günü, aprelin 26-da Truth Social sosial şəbəkəsində yazıb.
Tramp qeyd edib ki, Putinin son bir neçə gündə mülki ərazilərə, şəhərlərə və qəsəbələrə raket zərbələri endirmək üçün heç bir səbəbi yoxdur.
...Bu, məni düşünməyə vadar edir ki, bəlkə də o, müharibəni dayandırmaq istəmir, o, sadəcə məni aldadır və “bankçılıq” və ya “ikinci dərəcəli sanksiyalar” vasitəsilə başqa cür davranılmalıdır.
Bunu, Amerika prezidenti yazıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə