...Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynadakı silahlı münaqişənin 2025-ci ildə bitəcəyini gözləyir. Bu məlumatlar təşkilatın son hesabatından irəli gəlir.
SİA-nın məlumatına görə, BVF hazırda Ukrayna əhalisinin 32,9 milyon nəfər olduğunu və münaqişənin sona çatmasının xaricdən gələn qaçqınların qismən geri qayıtmasına gətirib çıxaracağını təxmin edir.
2026-cı ilə qədər ölkə əhalisinin 33,4 milyon nəfərə yüksələcəyi gözlənilir.
2022-ci ilin fevralına qədər BVF-nin hesablamalarına görə, Ukrayna əhalisinin sayı 41 milyon nəfər olub.
Martın 29-da Beynəlxalq Valyuta Fondu baza ssenarisində Ukraynadakı münaqişənin 2025-ci ilin son aylarında bitəcəyi ilə bağlı proqnoz verib.
... Risklərin son dərəcə yüksək olaraq qaldığı, -qeyd edilir. Qeyd olunub ki, münaqişənin həllində irəliləyişin əldə olunması Ukrayna iqtisadiyyatında vəziyyətin yaxşılaşmasına töhfə verə bilər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə