Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya - FOTOLAR

Qondarma “erməni soyqırımı” ilə bağlı erməni diasporunun yürüşünə etiraz olaraq Türkiyə və Azərbaycan diaspor nümayəndələrinin iştirakı ilə Vaşinqton şəhərində Şeridan dairəsi qarşısında dinc aksiya keçirilir. SİA xəbər verir ki, aksiyada ABŞ-ın müxtəlif ştatlarından yüzlərlə diaspor nümayəndəsi iştirak edib. Nümayişdə Türkiyə və Azərbaycan və digər türkdilli ölkələrin bayraqları ucaldılıb, “ASALA erməni terroruna görə cavab verməlidir”, “ABŞ Türkiyə-Ermənistan Tarixi Komissiyasını dəstəkləyir”, “Barışıq saxta ittihamdan yaxşıdır” kimi şüarlar səsləndirilib, terrorun qurbanı olan diplomat və ailələrinin fotoları nümayiş olunub, türklərə və azərbaycanlılara qarşı terror aktları pislənilib.

Qeyd olunub ki, türklər və azərbaycanlılar sülh istəyir və 1915-ci ildə baş verənlərə siyasətçilər deyil, tarixçilər qiymət verməlidir. Daha sonra nümayiş iştirakçıları şüarlarını Azərbaycanın və Türkiyənin ABŞ-dakı səfirliklərinin qarşısından yürüməklə Şeridan dairəsindən keçən və Ağ evə doğru hərəkət edən erməni diasporuna qarşı səsləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə