Kursk vilayətinin Ukrayna hərbçilərindən təmizlənməsi son mərhələsinə qədəm qoyur. Yaxın vaxtlarda regionun bütün ərazisi təmizlənəcək. SİA xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibi Sergey Şoyqu TASS-a müsahibəsində bildirib.
"Antiterror əməliyyatı çərçivəsində Kursk vilayətinin silahlılardan təmizlənməsi başa çatır. Urenqoy-Pomarı-Ujqorod strateji qaz kəmərinin bir hissəsindən istifadə etməklə "Potok" əməliyyatının parlaq icrası artıq hərb elminin tarixinə düşüb. Hərbi komandanlığın məlumatına görə, yaxın gələcəkdə Kursk vilayətinin bütün ərazisi təmizlənəcək", - o deyə söyləyib.
O qeyd edib ki, hazırda Rusiya qoşunları bütün döyüş xətti boyunca aktiv hücum əməliyyatları aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə