Tramp Çinlə bağlı söz verdi

ABŞ Çin mallarına gömrük rüsumlarını azaldacaq, lakin tarif sıfır olmayacaq". SİA xəbər verir ki, bunu Ağ Ev rəhbəri Donald Tramp bildirib. Vaşinqtonda jurnalistlərin suallarını cavablandıran Tramp deyib: "145 % (ABŞ-ın Çindən gələn mallara tətbiq etdiyi cari tariflər – red.) çoxdur. Əlbəttə ki, onlar o qədər də yüksək olmayacaqlar. Rüsumlar əhəmiyyətli dərəcədə aşağı düşəcəklər, lakin sıfır olmayacaq". Aprelin 23-də ABŞ-ın maliyyə naziri Skott Bessentin Çinlə ticarət müharibəsinin deeskalasiyasını gözlədiyi bildirilib . Aprelin 2-də Tramp 185 ölkə üçün idxal tariflərinin yeni sistemini tətbiq edib. Baza dərəcəsi bütün idxal olunan mallar üzrə 10%, ayrı-ayrı ölkələr üçün isə əhəmiyyətli dərəcədə yüksək olub - Çin üçün 34%, Vyetnam üçün 46% və Avropa İttifaqı üçün 20% . Buna cavab olaraq Çin də Amerika mallarına 34% rüsum tətbiq edib. Dünya liderləri Trampın qərarını pisləyərək qisas alacağı ilə hədələyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə