Tramp Yaxın Şərqə ilk səfərini edəcək

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqə ilk səfərini edəcək.

SİA-nın məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livit açıqlayıb.

O bildirib ki, səfər mayın 13-16-da BƏƏ, Qətər və Səudiyyə Ərəbistanına gerçəkləşəcək. O, həmçinin Trampın həftəsonu Papa Fransiskin dəfn mərasimi üçün Romaya gedəcəyini təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə