Böyük Britaniyanın Baş naziri Kir Starmer Avropa İttifaqı ilə post-Brexit dövründə mühüm müdafiə sazişi imzalamağa yaxındır.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, yeni razılaşmaya əsasən, Britaniya silah istehsalçıları Avropa müttəfiqlərinə milyardlarla funt sterlinq dəyərində silah satışı üçün Aİ-nin tenderlərinə qatılmaq hüququ qazanacaqlar. Saziş Avropa Komissiyasının təqdim etdiyi 150 milyard avroluq yeni müdafiə fondunu əhatə edir və bu fond çərçivəsində Aİ ölkələri artıq ABŞ deyil, daha çox Avropa istehsalçılarını dəstəkləməyi planlaşdırır.
Bu razılaşma Britaniyanın Aİ-yə öz balıqçılıq sularına çıxışla bağlı böyük güzəştə getməsi fonunda əldə olunub. Tənqidçilər bu addımı “Brexit”ə xəyanət kimi qiymətləndiriblər.
Qeyd edək ki, Aİ ötən ay “Readiness 2030” adlı yeni təhlükəsizlik strategiyasını açıqlayıb. Strategiya Avropanın ABŞ-dan müdafiə sahəsindəki asılılığını azaltmağı və büdcə qaydalarını yumşaldaraq Aİ daxilində müdafiə texnikasının satınalmasını genişləndirməyi nəzərdə tutur.
Bütün xəbərlər Facebook səhifəmizdə