Şahzadə Uilyam Papanın dəfn mərasimində iştirak edəcək

…xərçəngdən əziyyət çəkən atasının yerinə

Şənbə günü Vatikanda Papa Fransiskin dəfn mərasimində xərçəng xəstəliyindən əziyyət çəkən Böyük Britaniya kralı III Çarlzı oğlu Uels şahzadəsi Uilyam təmsil edəcək.

SİA-nın məlumatına görə, bu qərarın səbəbləri açıqlanmır. …The Mirror öyrənib ki, Uels şahzadəsi Vatikanda atasını təmsil edəcək.

Məlumatı Kensinqton Sarayı da təsdiqləyib. Roma Papası Müqəddəs Pyotr Bazilikasında üç gün qaldıqdan sonra dəfn ediləcək.

O, bazar ertəsi, aprelin 21-də 88 yaşında vəfat edib.

ABŞ prezidenti Donald Tramp da Romadakı yüksək vəzifəli şəxslərə qoşula bilər.

Böyük Britaniya kralı Roma Papasının vəfatı ilə bağlı başsağlığı verib.

III Çarlz ölüm xəbərindən onun və həyat yoldaşının çox kədərləndiyini bildirib. Cütlük onun xidmət etdiyi kilsəyə səmimi başsağlığı və rəğbətini bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə