Tayland ölkəyə yeni giriş qaydaları tətbiq edib...

...Tailand hakimiyyəti xarici turistlər üçün mayın 1-dən qüvvəyə minəcək yeni tələbləri açıqlayıb. Viza tələbləri dəyişməz olaraq qalır, lakin ölkəyə daxil olmaq üçün sizə “Thailand Digital Arrival Card” xüsusi rəqəmsal gəliş kartı da lazımdır.

2025-ci il mayın 1-dən ölkəyə quru, hava və ya dəniz yolu ilə daxil olan əcnəbilər rəqəmsal gəliş kartı almalı olacaqlar. SİA-nın əldə etdiyi məlumata görə, bu, elektron viza və ya vizaya əlavə olaraq veriləcək.

“Thailand Digital Arrival Card” forması Taylandın İmmiqrasiya Bürosunun rəsmi saytında mövcuddur. Gəlişdən 3 gün əvvəl turistə təqdim edilməlidir. Tur operatorları tərəfindən izah edildiyi kimi, sorğuda aşağıdakı şəxsi məlumatları göstərmək lazımdır:

• Tam adı və pasport məlumatları,

• peşə və ya məşğuliyyət,

• səfərin məqsədi (biznes, turizm və s.),

• Taylandda yaşayış yeri (otelin adı, villa və s.),

• telefon nömrəsi daxil olmaqla əlaqə məlumatları.

Doldurulmuş rəqəmsal forma İmmiqrasiya Bürosuna göndərilməli, “Thailand Digital Arrival Card” kartının özü endirilməli və elektron şəkildə saxlanmalı və ya çap edilməlidir ki, Taylanda gəldikdən sonra immiqrasiya məmuruna təqdim olunsun.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə