Spirtli içki alarkən biometrik göstəricilər yaşınızı yoxlayacaq...

...Yeni texnologiya sizə pasportunuzu kassirlərə və mağaza işçilərinə göstərmədən alkoqol, tütün və energetik içkilər almağa imkan verəcək. Lakin bu texnologiya hələlik yalnız özünəxidmət kassalarında işləyəcək. Artıq texnologiyanın sınaqları aparılır.

SİA-nın məlumatına görə, Rusiya Federasiyası Biometrik Texnologiyalar Mərkəzinin baş direktorunun müavini Yevgeni Semenov bildirib ki, pasport olmadan biometrik sensorlarla özünəxidmət kassalarında spirtli və tütün məmulatları, o cümlədən enerji içkiləri almaq mümkün olmayacaq.

Deyilənlərə görə, ilk belə kassa aparatları Rusiyada 2025-ci ildə görünməlidir.

Rusiyalı səlahiyyətli qeyd edib ki, bu gün alış-veriş etmək üçün pasportunuzu kassirə və ya özünəxidmət kassalarının fəaliyyətinə cavabdeh olan mağaza işçisinə göstərmək lazımdır. İndi yaş avtomatik olaraq biometrik sistemin özü tərəfindən təsdiqlənəcək.

Eyni zamanda, mağaza işçisinə yaşınızı təsdiqləmək imkanı qalacaq.

Yeri gəlmişkən, Tatarıstanda da yeniyetmələrin spirtli içki almasının qarşısını almaq üçün yeni tədbirlər görüləcək.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə