ABŞ ilə razılaşmaya hazırıq - Pezeşkian

ABŞ ilə danışıqlarda müəyyən çərçivələr daxilində və milli maraqlara uyğun olaraq razılaşmaya hazırıq. SİA xəbər verir ki, bu açıqlama ilə İran Prezidenti Məsud Pezeşkian çıxış edib. O bildirib ki, ABŞ bərabər şərtlərlə sazişi qəbul etməkdən imtina etsə, İran öz yolu ilə gedəcək. Qeyd edək ki, İran və ABŞ arasında nüvə danışıqlarına dair Oman (12 aprel) və İtaliyada (19 aprel) danışıqlar keçirilib. Növbəti danışıqlar 26 apreldə Omanda baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə