Aprelin 22-də Tunisdə regionun ən böyük hərbi təlimləri başlayır. Təlimlərin bu mərhələsi aprelin 30-dək davam edəcək. May ayında isə Qana, Seneqal və Mərakeşdə növbəti mərhələ keçiriləcək. SİA yerli KİV-lərə istinadla xəbər verir ki, “Afrika şiri 2025” adlandırılan müştərək hərbi təlimlərdə 40-dan çox ölkədən 10 mindən çox hərbçi iştirak edəcək. Bu, Afrikada ABŞ-ın komandanlığı altında keçirilən ən mühüm hərbi təlimlərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə