Tunisdə 1 milyon 200 min ədəd narkotik tərkibli ekstazi həbinin qaçaqmalçılıq cəhdinin qarşısı alınıb. SİA Tunis mediasına istinadla xəbər verir ki, bu, Tunis tarixində ən böyük narkotik qaçaqmalçılığına cəhd sayılır. Təhlükəsizlik qüvvələri tərəfindən müsadirə olunmuş həblərin ümumi dəyəri 13 milyon dollara yaxındır.
Qeyd olunur ki, narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan cinayətkar şəbəkənin bütün fəaliyyətləri öncədən nəzarətə alınıb. İlkin təhqiqatlar nəticəsində məlum olub ki, zərərli maddəni tələbələr arasında yaymağa çalışan şəbəkə çirkli pulların yuyulması ilə də məşğul olub.
Bütün xəbərlər Facebook səhifəmizdə