ABŞ hakimiyyəti Dövlət Departamentində genişmiqyaslı islahatlar planlaşdırır

ABŞ administrasiyası Dövlət Departamentinin əsaslı şəkildə yenidən təşkilini, eləcə də strukturlarının ixtisarını həyata keçirmək niyyətindədir. SİA xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi ABŞ Prezidenti Donald Trampın müvafiq fərman layihəsinə istinadla bildirib.

İqlim, qaçqınlar, demokratiya və Afrika ilə məşğul olanlar da daxil olmaqla onlarla vəzifə və departamentin fəaliyyətini dayandırması planlaşdırılır.

Eyni zamanda, Dövlət Departamenti Hind-Sakit okean regionu, Latın Amerikası, Yaxın Şərq və Afrika ilə məşğul olan dörd regional büroya çevriləcək.

Amerika administrasiyası, həmçinin Kanadadakı diplomatik personalın sayını azaltmaq istəyir. Səlahiyyətlilər, eləcə də tropik Afrika ölkələrindəki qeyri-vacib səfirlikləri və konsulluqları bağlamağı planlaşdırır.

Dəyişikliklərin oktyabrın 1-dən qüvvəyə minməsi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə