Aprelin 19-da ABŞ-ın Nebraska ştatında kiçik təyyarə çaya düşüb. SİA xəbər verir ki, bu barədə NBC şerif ofisinə istinadla məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində 3 nəfər ölüb. Onların cəsədləri təyyarədən çıxarılıb, lakin hələlik kimlikləri açıqlanmayıb. Federal Aviasiya Administrasiyası və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası istintaqı nəzarətə götürüb. Hazırda qəzanın səbəbi məlum deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB