ABŞ-da təyyarə qəzası olub - Ölənlər var

20 Aprel 2025 02:11 (UTC+04:00)

Aprelin 19-da ABŞ-ın Nebraska ştatında kiçik təyyarə çaya düşüb. SİA xəbər verir ki, bu barədə NBC şerif ofisinə istinadla məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində 3 nəfər ölüb. Onların cəsədləri təyyarədən çıxarılıb, lakin hələlik kimlikləri açıqlanmayıb. Federal Aviasiya Administrasiyası və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası istintaqı nəzarətə götürüb. Hazırda qəzanın səbəbi məlum deyil.