Dağıstanın iki rayonunda - Süleyman-Stalski və Maqaramkentskidə güclü yağıntı səbəbindən fövqəladə vəziyyət elan edilib.
SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. …Süleyman-Stalski və Maqaramkənd rayonlarında əlverişsiz hava şəraiti ilə əlaqədar yanğın-xilasetmə qarnizonları üçün “Fövqəladə Hal” iş rejimi tətbiq edilib, - deyə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
İdarənin mətbuat xidmətindən verilən məlumata görə, təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 2000-dən çox canlı qüvvə və 566 texnika cəlb olunub.
Xüsusilə, Süleyman-Stalski rayonunda Küraxçay çayı üzərindəki körpü dağıdılıb, doqquz kəndə gediş-gəliş kəsilib. Rabitəni bərpa etmək üçün xüsusi təyinatlılar gətirilib və piyada keçidi təşkil edilib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə