İndoneziyada 5,6 bal gücündə zəlzələ baş verib

İndoneziyanın Sulavesi adasının sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 10 min insanın yaşadığı Modisi şəhərindən 46 km cənub-şərqdə baş verib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə